Bakıda ana 16 yaşlı qızını evdən qovdu

21 Fevral 2024 15:08

Qaradağ rayonunda ana 16 yaşlı qızını evdən qovub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib. 

Belə ki, rayonun Lökbatan qəsəbəsindəki 7 saylı peşə məktəbində bərbər kursunda təhsil alan yeniyetmə müxtəlif ünvanlarda gecələməli olur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Oxu.Az-a bildirilib ki, məsələ barədə araşdırma aparılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun