Xalq artisti Aygün Kazımovanın dəvət edildiyi toy məclislərindən birində maraqlı hadisə yaşanıb.
Milil.Az axşam.az-a istinadən xəbər verir ki, məclisdə "Sağ-salamat" mahnısını oxuyan Pop divaya qonaqlar gözlənilməz an yaşadıblar.
Belə ki, toyda yer alan qonaqlar ölkənin əsas ulduzunun simasının əks olunduğu maska taxıblar. Onlar "Sağ-salamat" mahnısının sədaları altında üzlərində maska rəqs ediblər.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, "Sağ-salamat" mahnısına çəkilən klip yutubda 1,8 milyondan çox izlənilib. Ekran işi Türkiyədə lentə alınıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun