Bakıda məktəb yandı - VİDEO

21 Fevral 2024 10:38

Bakıda məktəbin ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, yanğın Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 17 saylı tam orta məktəbin ərazisində qeydə alınıb.

Yanğın nəticəsində məişət tullantıları yanıb.

FHN-in yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun