Argentina prezidenti Maradona ilə Messi arasında seçimini etdi

21 Fevral 2024 11:31

Argentina Prezidenti Xavyer Miley Dieqo Armando Maradona ilə Lionel Messi arasında seçim edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, X.Miley bildirib ki, Maradona argentinalılara unudulmaz anlar yaşatsa da, onu tarixin ən yaxşı futbolçusu hesab etmir.

"Bütün zamanların ən böyük oyunçusu Messidir. O, fenomendir", - X.Miley qeyd edib.

Argentina prezidenti Maradonanın şəxsi həyatından da danışıb.

X.Miley deyib ki, hər bir insanın şəxsi həyatı onun özünə məxsusdur və Maradonanı bu müstəvidə tənqid etmək ədalətli deyil.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun