Çində temperatur kəskin düşdü: Ortaya dəhşətli mənzərələr çıxdı - VİDEO

21 Fevral 2024 14:14

Ötən gün Çinin Sincan bölgəsində havanın temperaturu kəskin şəkildə düşüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, temperatur qəfildən 45 dərəcə azalaraq mənfi 52,3 dərəcəyə enib. Nəticədə ortaya dəhşətli mənzərələr çıxıb.

Bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Kadrlarda buz üzərində donub qalmış quş cəsədləri əks olunub. Belə ki, su quşları kəskin şaxtaya dözməyərək kütləvi şəkildə tələf olublar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun