İyulun 17-də 18 yaşı tamam olacaq braziliyalı forvard Endrikə "Real Madrid"də əvvəllər Kərim Benzema və Alfredo Di Stefano kimi əfsanələrinin geyindiyi doqquzuncu nömrə veriləcək.
Milli.Az oxu.az-a istinadən bildirir ki, İspan qrandı Endrikin transferini 2022-ci ilin dekabrında, oyunçunun 15 yaşı olanda təşkil etmişdi. Lakin hücumçu yalnız 18 yaşı tamam olanda, yəni 2023/24 mövsümünün sonunda "Real Madrid"ə keçə biləcək.
Müqavilənin müddəti 2027-ci ilə qədərdir. Transfer dəyəri 35 milyon avro təşkil edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun