Yardım olmasa, Kiyev qərar verəcək: Hansı şəhərlər...

21 Fevral 2024 08:58

ABŞ-ın yardımı olmadan Ukrayna Silahlı Qüvvələri hansı şəhərləri saxlaya biləcəyinə qərar verməli olacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.

"Biz bu kritik yardım paketlərini təmin edə bilməsək, Ukrayna hansı şəhərləri, hansı yaşayış məntəqələrini əlində saxlaya biləcəyinə dair qərarlar qəbul etməli olacaq", - Sinq vurğulayıb.

Sinq Nümayəndələr Palatasını Ağ Evin 60 milyard dollar tələbini təsdiqləmək üçün Senatın ardınca getməyə çağırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun