Dünyanın ən uzunboylu və qısaboylu iki adamı görüşdü

21 Fevral 2024 07:50

Dünyanın ən uzunboylu adamı olan türkiyəli Sultan Kösen bazar ertəsi ABŞ-ın Kaliforniya ştatının İrvin şəhərində hazırda dünyanın ən qısaboylu qadını olan hindistanlı Cyoti Amge ilə görüşüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Kösenin boyu 2,51 metr, Amgeninki isə 62,8 santimetrdir. "Qulliver" filmindəki səhnəni xatırladan səhər yeməyindən sonra onlar xatirə şəkli çəkdiriblər.

Türkiyənin cənub-şərqindəki Mardin vilayətindən olan Kösen hindistanlı Amge ilə birlikdə amerikalı prodüserin dəvəti ilə təşkil edilən tədbirdə iştirak etmək üçün Los-Ancelesə gedəcək və orada keçirilən görüşlər lentə alınacaq.

İkili ilk dəfə 2018-ci ildə Misirin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Qahirədə görüşüb və Giza piramidalarını ziyarət ediblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun