"Bavariya"dan ayrılmağa qərar verdi - SƏBƏB

20 Fevral 2024 21:20

"Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix bu mövsümün sonunda klubu tərk etmək qərarına gəlib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, 29 yaşlı futbolçunun komandanın bəzi üzvləri ilə münasibətləri tamamilə pisləşib. Kimmix hesab edir ki, məşqçilər korpusunun üzvləri ona hörmət etməyi dayandırıb.

Daha əvvəl məlum olub ki, "Bohum"a səfərdə məğlubiyyətdən (2:3) sonra Kimmix köməkçi məşqçi Jolt Lövlə az qala alt tribunada dava salacaqdı. Futbolçu ikinci hissədə əvəzlənməsindən narazı qalıb.

Köməkçi ilə münaqişə Kimmixin "Bavariya"nın baş məşqçisi Tomas Tuxel ilə münasibətlərini daha da korlayıb. Gələndən sonra futbolçu sələfi Yulian Naqelsmannla olan inam səviyyəsini artıq hiss etməyib. Qeyd olunur ki, eyni səbəbdən müdafiəçi Matteys de Liqt və yarımmüdafiəçi Leon Qoretska klubdan ayrılmağı düşünür.

Kimmix 2015-ci ildən "Bavariya"da çıxış edir. Münhen komandası ilə birlikdə səkkiz dəfə Bundesliqa çempionu olub, üç dəfə Almaniya kubokunu və altı dəfə Almaniya Superkubokunu, həmçinin Çempionlar Liqası və Klublararası Dünya Kubokunu qazanıb. Kimmix bu mövsüm 26 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.

Kimmixin hazırkı müqaviləsi gələn mövsümün sonuna qədər qüvvədədir və hazırda futbolçu onu yeniləmək niyyətində deyil.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun