Britaniya şahzadəsinin iştirak etdiyi mərasimdə kuryoz hadisə

21 Fevral 2024 00:10

Nüfuzlu BAFTA  mükafatın təqdimat mərasimində gözlənilməz hadisə baş verib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, "YouTube" platformasında tanınmış pranker (zarafat proqramları hazırlayan adam) Lizvani gözlənilmədən səhnəyə atılıb və kanalı üçün kadrlar çəkməyə başlayıb.

Uels şahzadəsi Uilyamın da iştirak etdiyi tədbirdə onun səhnədə olmasına nə filmin heyəti, nə tamaşaçılar, nə də təhlükəsizlik əməkdaşlarıı heç bir reaksiya verməyib. O, mükafat alan komandaya qoşulub, onlarla birlikdə təbrikləri qəbul edib.

"Səhnədə əsas mükafatı almaq üçün qaliblərə qoşulduqdan sonra təhlükəsizlik xidməti onu yola saldı. Biz bu məsələyə çox ciddi yanaşırıq və bu məsələni ictimailəşdirməkdə maraqlı deyilik", - mərasimin təşkilatçısı bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun