Maqomed-Sultan Maqomedov İlham Əliyevə təbrik məktubu göndərib

20 Fevral 2024 18:46

Rusiya Federasiyası Dağıstan Respublikasının Dövlət katibi Maqomed-Sultan Maqomedov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Seçkilərdə inamlı qələbə seçicilərin Sizə yüksək etimadının əlaməti, regionun rifahı naminə fəaliyyətinizə verilən dəyərdir. Əminəm ki, Sizin işgüzar və şəxsi keyfiyyətləriniz gələcəkdə də respublikanın inkişafı və onun sakinlərinin rifah halının yüksəldilməsinə yönəlmiş planların uğurla həyata keçirilməsinə kömək edəcək.

Sizə möhkəm cansağlığı, uğurlar arzulayır, ən xoş diləklərimi çatdırıram".

Milli.Az