İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla Dövlət Vergi Xidmətinin iki əməkdaşına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib.
Həmin şəxslər aşağıdakılardır:
Quliyev Kənan Adil oğlu - Daxili təhlükəsizlik baş idarəsinin rəisi
Bəylərov Elçin Bəylər oğlu - Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin rəisi.
Milli.Az