“Estetik əməliyyat kişiləri korlayır" - Özcan Deniz

20 Fevral 2024 22:30

"Təəssüf ki, insanlar yaşlandıqca botoksa ehtiyac duya bilərlər. Amma estetik əməliyyatlar kişiləri korlayır"

Milli.Az lent.az-a istinadən bildirir ki, bunu müğənni Özcan Deniz söyləyib

Rafet El Roman və Gökan Özenin estetik əməliyyatlardan sonra tənqidlərə məruz qalması barədə sualları cavablandıran Özcan Deniz deyib: "Mənim xoşuma gəlmir. Sadəcə burnumda əməliyyat var. Nəfəs ala bilmədiyim üçün bunu səhhətimə görə etdim. Bu mənim yeganə estetik əməliyyatımdır.

Kişilər plastik əməliyyat etdirməməlidir. Ehtiyacım olsa, plastik əməliyyat deyil, amma botoks etdirəcəm".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun