Türkiyədə Fransanın casus şəbəkəsi ifşa edildi

20 Fevral 2024 14:52

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Fransa Kəşfiyyat İdarəsinin Türkiyədəki fəaliyyətini ifşa edib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, 1 ildir Fransa Kəşfiyyat Xidməti üçün casusluq etdiyi müəyyən edilən 3 nəfər saxlanılıb.

Casuslar arasında olan Ahmet Kati və digər 2 şəxsin Fransa Kəşfiyyat Xidmətinin xəbərdarlığından sonra Türkiyəni tərk edərkən MİT və İstanbul polisi tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Casuslar həbs edilərək həbsxanaya göndərilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun