Elnarə qızına nə vaxt TOY EDƏCƏK? - VİDEO

21 Fevral 2024 02:02

Əməkdar artist Elnarə Abdullayeva qızı Xədicənin yaxın aylarda baş tutacağı toyundan söz açıb.  

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi bu haqda qonaq olduğu "Qonaqcanlı" verilişində danışıb. 

Elnarə bildirib ki, övladının toyunun tarixini hələ dəqiqləşdirməyib: 

"Bu iş başlayıbsa, sona çatmalıdır. Nişan olubsa demək ki, toy da olacaq. Amma hələ toyun tarixini dəqiqləşdirməmişik. Olsa öncədən xəbər verəcəyəm ki, artıq toyun tədarükünü görmüşük. Hazırda başım evimin təmirinə qarışıb". 

Qeyd edək ki, E.Abdullayevanın qızı Xədicə iyulun 11-də paytaxt restoranlarının birində Cavad adlı bəylə nişanlanıb. Elxan adlı bəylə ailəli olan Elnarənin bir qız və bir oğlan övladı var.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun