Turabi reanimasiyaya yerləşdirildi - FOTO

20 Fevral 2024 13:32

Xəstəlikləri səbəbindən Survivor All Stardan ayrılmalı olan Turabi Çamkıran reanimasiyaya yerləşdirilib.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ağciyəri ağır vəziyyətdə üzrə olan Turabi bir müddət xəstəxanada müalicə alacaq.

Xəstəxanadan paylaşım edən Turabi Çamkıran: "Sınıqlar, çıxıqlar üçün gəlmişdim, reanimasiyaya düşdüm. Ağır infeksiya keçirmiəm. Qaraciyərim çökmək üzrə idi. Həmişə ümid etmişdim ki, Rəbbim mənə realiti şou qismət etsin. Arzum az qala gerçəkləşirdi. Bir Survivordan çıxdım digərinə keçdim... Görək buradan çıxa biləcəyik?" deyib.

Fidan
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun