Səudiyyə Ərəbistanında İLK: Gözəllik yarışmasına göndərildi - FOTOlar

21 Fevral 2024 07:07

Səudiyyə Ərəbistanı ilk dəfə qadınların gözəllik yarışmasına qatılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında qadınların iş həyatına girməsi, avtomobil sürməsi, kino, konsert tipli tədbirlərə qatılması və bu kimi qərarlara imza atan vəliəhd Salman daha bir qərar verib.

Səudiyyə Ərəbistanından olan Rumi Əl-Qahtani adlı gənc qız "Miss Asia 2024"ə namizəd olub.

Gənc qızın kürsüdə saçları açıq şəkildə olması "azadlıq əlaməti" kimi şərh edilib.

Fidan
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun