İrəvanda bələdiyyə binası atəşə tutuldu

20 Fevral 2024 12:15

Ermənistanın paytaxtı İrəvanın Nor Nork rayonunda naməlum şəxs bələdiyyə binasını atəşə tutub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "shamshyan.com" portalı yayıb. 

Hadisənin bu gün səhər saatlarında baş verdiyi bildirilir. Naməlum şəxs bir neçə dəfə Nor Norkun administrasiyasının rəhbəri Tiqran Ter-Markaryanın kabinetinin pəncərəsinə atəş açıb. Polis binanın həyətində olan avtomobilin şüşəsində də atəş izləri aşkar edib. 

Məsələ ilə bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun