Əfsanəvi boksçunun bu oyunda iştirakına qadağa qoyuldu

20 Fevral 2024 13:15

Səkkiz kateqoriya üzrə keçmiş dünya çempionu Menni Pakyao 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak edə bilməyəcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) məşhur idmançının yaşına görə oyunlarda iştirak etmək ümidlərini rədd edib. Hazırda Pakyaonun 45 yaşı var. Bundan əlavə, Menni seçmə yarışmada iştirak etməyib.

"Sevimli boks ikonamızın yaşına görə diskvalifikasiya edilməsi təəssüf doğurur. İdman növündən asılı olmayaraq, hər bir idmançı Parisdə yarışmaq imkanı əldə etmək üçün təsnifat yarışlarından keçməlidir", - deyə Filippin Milli Olimpiya Komitəsinin prezidenti Avraam Tolentino bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun