Gəncədə xəstəxanada ölən uşaqla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

20 Fevral 2024 11:01

11:01

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncədə doqquz yaşlı qız xəstəxanada ölməsi ilə bağlı açıqlama verib.

Milli.Az xəbər verir ki, TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2014-cü il təvəllüdlü (qadın cinsli) şəxs fevralın 20-i, saat 02:50-də Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə yerləşdirilib:

"Ona plevrit diaqnozu qoyulub. Aparılan bütün zəruri tibbi yardımlara və reanimasyon tədbirlərə baxmayaraq, saat 04:00-da bioloji ölüm baş verib. Ölüm səbəbi kimi tənəffüs çatışmazlığı qeyd olunur".

----------

09:08


Gəncədə doqquz yaşlı qız xəstəxanada ölüb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Gədəbəy rayon sakini, 2014-cü il təvəllüdlü Ruqəyya Həsənova xəstəxanaya ağır vəziyyətdə gətirilib.

Həkimlərin səylərinə baxmayaraq, 9 yaşlı qız xəstəxanada ölüb.

Bildirilir ki, R.Həsənova 20 gün bundan əvvəl qızılcaya yoluxub. 

İlkin məlumata görə, azyaşlı ağciyərlərinə su yığılmasından ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun