İsrail Livana zərbələr endirdi: yaralılar var

20 Fevral 2024 08:11

İsrail qırıcıları Livanın Sayda şəhərinin Qaziyyə bölgəsində müəyyən ərazilərə zərbələr endirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Livanın "Əl-Mayadin" telekanalı məlumat yayıb.

Hücum zamanı avtomobilin vurulduğu və əraziyə xeyli sayda təcili yardım maşınlarının gəldiyi bildirilib.

Digər bir mənbənin bildirdiyinə görə, zərbələr zamanı azı 14 nəfər yaralanıb. Yaralıların əksəriyyəti Suriya və Fələstindən olan qaçqınlardır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun