Navalnının cəsədi daha iki həftə anasına verilməyəcək

19 Fevral 2024 22:51

Rusiya Federasiyasının İstintaq Komitəsi rusiyalı müxalifət lideri Aleksey Navalnının oğlunun cəsədini ən azı iki həftə ərzində anasına verməyəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Aleksey Navalnının mətbuat katibi Kira Yarmış məlumat verib.

"Müstəntiqlər Alekseyin vəkillərinə və anasına meyiti buraxmayacaqlarını bildiriblər. Onun üzərində daha 14 gün kimyəvi ekspertiza aparılacaq", - K.Yarmış bildirib.

Korrupsiyaya qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov da oxşar qərarı açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun