Türkiyə Superkubokunun yeni tarixi

19 Fevral 2024 21:00

Türkiyə Superkuboku finalının keçiriləcəyi yer və vaxt bəlli olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki,  "Qalatasaray" və "Fənərbaxça" arasında baş tutacaq oyun aprelin 3-də təşkil ediləcək.

Qarşılaşma Şanlıurfa şəhərində keçiriləcək. Oyunun ötən il dekabrın 29-da Səudiyyə Ərəbistanında təşkili nəzərdə tutulsa da, təşkilatçıların qadağaları üzündən komandalar meydana çıxmaqdan imtina etmişdilər.

Qeyd edək ki, "Qalatasaray" son Türkiyə çempionatının, "Fənərbaxça" isə kubokunun qalibi olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun