Fərid Mansurovdan üzvü olduğu AFFA-nın İcraiyyə Komitəsi ilə bağlı açıqlama

19 Fevral 2024 19:38

"AFFA-nın İcraiyyə Komitəsinin üzvlüyündən ayrılmaq fikrim yoxdur".

Bunu  İdman.Biz-ə AFFA-nın və Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Fərid Mansurov deyib.

Martda AFFA-nın Hesabat-Seçki Konfransının keçiriləcəyi və İcraiyyə Komitəsində yeni heyəti heyətin formalaşcağı gözlənilir. Veteran güləşçi bildirib ki, dəyişikliyə baxmayaraq, assosiasiyada işinə davam etmək istəyir: "Onlar iclasda yeni heyətlə bağlı qərar verəcəklər. Seçimlərə hörmətlə yanaşıram. Amma İcraiyyə Komitəsində öz işimi davam etdirmək istəyərəm".

Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin digər üzvü Mahir Məmmədov qurumdan ayrılacağını açıqlayıb.

Milli.Az