Rusiya Ukraynada Fransa istehsallı zenit raket kompleksini məhv etdi

19 Fevral 2024 18:42

Rusiya Silahlı Qüvvələri Fransadan Ukraynaya tədarük olunan zenit raket kompleksini məhv edib.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, Ukraynada Fransa istehsalı olan "SAMP/T" zenit raket kompleksi məhv edilib.

Bildirilib ki, "FSAF SAMP/T", "yer-hava" quru sistem həmçinin orta radiuslu "Mamba" hava təhdidlərindən qorumaq üçün nəzərdə tutulan hava hücumundan müdafiə sistemidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun