Rusiya 11 uşağı Ukraynaya təhvil verdi

19 Fevral 2024 18:16

Rusiya 11 uşağı Ukrayna tərəfinə təhvil verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Lvova-Belova bildirib.

Onun sözlərinə görə, ukraynalı uşaqların ailələrinə qovuşması Qətərin Moskvadakı səfirliyində baş tutub.

Səfir Əhməd bin Nasser bin Casim Al Tani bildirib ki, Doha bu istiqamətdə humanitar addımlar atmağa davam edəcək.

Qeyd edək ki, Qətər bir müddətdir Rusiya ilə Ukrayna arasında əsirlərin mübadiləsində vasitəçilik edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun