Keçmiş "YouTube" rəhbərinin 19 yaşlı oğlu ölü tapıldı

19 Fevral 2024 16:47

Keçmiş "YouTube" rəhbəri Syuzan Vocitskinin oğlu Marko Troperin Berklidəki Kaliforniya Universitetinin yataqxanasında meyiti tapılıb. 

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, Troperin yüksək dozada narkotik qəbulundan öldüyü ehtimal edilir. 

19 yaşlı gəncin əsl ölüm səbəbi tibbi ekspertizadan sonra məlum olacaq. 

Qeyd edək ki, Syuzan Vocitski 2014-2023-cü illərdə "YouTube"a rəhbərlik edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun