Qanada təyyarə qəzası: 9 ölü - VİDEO - FOTO
4 İyun 2012 10:28
Milli.Az "Africa Times"a istinadən bildirir ki, "Ghana Airports"un direktoru Dorin Ovusu-Fiankonun dediyinə görə, qəzanın səbəbi əlverişsiz hava şəraiti olub.
"Yağış yağırdı və təyyarə də gölmələçələrin olduğu zolağa enib. Bu isə pilot üçün problemlər yaradır. İstənilən halda araşdırmalar davam edir. Qəzanın səbəbi hava limanında avadanlığın nasazlığı deyil", - direktor söyləyib.
Laqosdan Akkraya uçan "Boeing 727" təyyarəsi Kotoka beynəlxalq hava limanında eniş zolağından kənara çıxaraq hasarı dağıdıb və dolu mikroavtobusu vurub.
Zərbə zamanı mikroavtobusdakı 10 sərnişin həlak olub, təyyarənin 4 nəfərlik heyəti yaralanıb.
Faciədə 9 nəfər həlak olub.
Milli.Az
Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.


