Xəbər verdiyimiz kimi, ötən günlərdə Bakıda qızılcadan vəfat edən 8-ci sinif şagirdi Nuray İbrahimovanın böyük bacısı və qardaşı da qızılcaya yoluxub. Qardaşının vəziyyətinin ağır olduğu bildirilib.
Qardaşının son durumu ilə bağlı Milli.az-a TƏBİB-dən məlumat verilib.
TƏBİB-dən verilən məlumata görə, xəstə artıq ambulator müalicə üçün evə buraxılıb:
"15.02.2024-cü il tarixdə saat 11:41 radələrində 2008-ci il təvəllüdlü yeniyetmə (kişi cinsli) üçün Təcili yardım şöbəsinə çağırış daxil olub. Çağırış ünvanına briqada göndərilib və xəstə Ağdaş Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəyə zəruri tibbi xidmətlər göstərilib. 17.02.2024-cü il tarixində xəstənin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun