Ahıl şəxs bıçaqla məsciddə uşaqlara hücum etdi - VİDEO

19 Fevral 2024 16:20

Türkiyənın Diyarbəkir şəhərindəki məscidlərin birində xoşagəlməz hal yaşanıb. 

Milli.Az BAKU.WS-ə istinadən bildirir ki, bağlar rayonundakı məsciddə Quran dərsi keçən uşaqlar bıçaqlı şəxsin hücumuna məruz qalıb. 

Hadisə məsciddəki təhlükəsizlik kamerası tərəfindən lentə alınıb. 

Görüntülərdən məlum olur ki, əlində bıçaq olan şəxs məscidə daxil olaraq azyaşlıları qorxudub və onların üstünə qışqırıb. 

Hadisə ilə bağlı yerli polis araşdırmalara başlayıb. Məscidə bıçaqla daxil olan şəxs uşaqların nalayiq hərəkətlər etməsini əsas gətirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun