Öndər Kahveçi İlham Əliyevi təbrik edib

19 Fevral 2024 14:51

Türkiyənin KAMU-SEN Həmkarlar İttifaqları Konfederasiyasının sədri Öndər Kahveçi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərində Azərbaycan vətəndaşlarının yüksək etimadı ilə yenidən dövlət başçısı seçilməyinizi məmnuniyyətlə qarşıladıq. Bu münasibətlə Zati-alinizi səmimi-qəlbdən təbrik edirəm.

"Bir millət, iki dövlət" prinsipi əsasında Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bundan sonra daha da möhkəmlənəcəyinə inanıram.

Hörmətli Prezident, Sizə Azərbaycan xalqı və dövləti naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram".

Milli.Az