Andorra Knyazlığının xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlib
4 İyun 2012 00:45
Andorra Knyazlığının xarici işlər naziri Qilbert Saboya Sunyen iyunun 3-də Azərbaycanda rəsmi səfərə gəlmişdir.
AzərTAc xəbər verir ki, Andorranın xarici siyasət idarəsi rəhbərinin Bakıda keçirəcəyi görüşlərdə iki ölkə arasındakı iqtisadi və siyasi əlaqələrin inkişafı və perspektivləri müzakirə ediləcəkdir.
Andorralı nazirlə birlikdə iş adamları da səfərə gələcəklər və Bakıda Andorra-Azərbaycan biznes forumu keçiriləcəkdir.
Səfər iyunun 5-də başa çatacaqdır.
Milli.Az