“Karib dənizinin quldurları”nın ulduzu həbs edildi - FOTO

19 Fevral 2024 14:20

"Karib dənizinin quldurları" ("Pirates of the Caribbean") filmində "Coşami Gibbs" obrazı ilə daha böyük məşhurluq qazanan 67 yaşlı Kevin Maknelli həbs edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Hollivud ulduzu məişət zorakılığı ittihamı ilə Los-Ancelesdə saxlanılıb. Lakin sonradan 40 min funt sterlinq (təqribən 85,6 min manat) müqabilində zaminə buraxılıb.

O da vurğulanır ki, aktyorun həyat yoldaşı ərinin həbsindən xəbəri olmadığını deyib.

Polis ulduzun qurbanının kim olduğunu açıqlamır.

Maknelli gələn ay məhkəmə qarşısına çıxacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun