Azərbaycan milli komandasının sabiq futbolçusu Vadim Vasilyev xəstəxanada reanimasiyadan palataya köçürülüb.
Milli.Az bildirir ki, bunu İdman.Biz-ə veteran hücumçunun həyat yoldaşı deyib.
O bildirib ki, 2 gün öncə palataya köçürülən Vasilyevin hazırda vəziyyəti normaldır: "Ancaq sol əli işləmir. Ümumilikdə, bədəninin sol tərəfi ilə hərəkət etməkdə əziyyət çəkir. Artıq onu gündəlik görmək imkanımız var. Müalicəsi davam edir. Həkimlər bundan sonra hər şeyin normallaşması üçün zamana ehtiyacın olduğunu bildirir".
Qeyd edək ki, Vasilyev 1 həftə öncə insult keçirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun