Hündürlüyü 8848 metr olan Everest zirvəsi "dünyanın ən yüksək zibilxanası"na çevrilmək təhlükəsi ilə üz-üzədir.
Milli.Az sfera.az-a istinadən xəbər verir ki, bu barədə "Ntv Haber" məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Everest dağına və ətraf Sagarmatha Milli Parkına gələn turistlər, hər il təxminən min ton tullantı atıb gedir. Dağa qalxan alpinistlərin atdığı zibilləri təmizləmək getdikcə çətinləşir. Bildirilib ki, hər il dağdan ən azı 75 ton zibil təmizlənir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun