Eyfel qülləsi ziyarətçilər üçün bağlı olacaq

24 Fevral 2024 09:03

Fransanın paytaxtı Parisin əsas görkəmli yerlərindən biri olan Eyfel qülləsi işçilərin tətili səbəbindən fevralın 19-u bazar ertəsi bağlanacaq və qülləyə elektrik enerjisi verilməyəcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, işçilər Paris bələdiyyəsinin qülləyə xidmət edilməsi üçün ayırdığı vəsaitin artırılmasını tələb edirlər.

Hər il təxminən altı milyon insan Eyfel qülləsini ziyarət edir və Olimpiya Oyunlarının ziyarətçi sayını əhəmiyyətli dərəcədə artıracağı gözlənilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun