Fatih Terim “Qarabağ”ın hücumçusunu İSTƏYİR

19 Fevral 2024 10:14

"Qarabağ"ın futbolçusu Juninyo yayda Ağdam təmsilçisindən ayrıla bilər.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, 27 yaşlı forvardla Fatih Terimin baş məşqçisi olduğu "Panatinaikos" klubu maraqlanır.

Belə ki, klub rəsmiləri artıq oyunçunun agentləri ilə əlaqəyə keçiblər və müqavilənin şərtləri ilə maraqlanırlar.

Yunanıstan təmsilçisi yayda "Qarabağ"a müraciət edəcək.

Qeyd edək ki, Juninyonun "köhlən atlar"la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun