Niger vasitəsilə Aralıq dənizi sahillərinə miqrant axını xeyli artıb

18 Fevral 2024 22:15

Niger hakimiyyətinin 2023-cü ilin noyabrında Afrika ölkəsi vasitəsilə qeyri-qanuni miqrantların tranzitinə nəzarət üzrə Avropa İttifaqı ilə sazişdən çıxmasından sonra çoxsaylı Afrika ölkələrindən Niger vasitəsilə Aralıq dənizi sahillərinə çatmağa çalışan miqrant axını xeyli artıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) məlumat yayıb.

Qeyd olunub ki, Nigerin şimalındakı Sahara səhrasından keçən nəqliyyat dəhlizindən istifadə edən miqrantların sayı son üç ayda 50% artıb.

Qurum miqrantların sayı ilə bağlı konkret məlumat vermir, lakin qeyd edir ki, Nigerdən keçən və Aralıq dənizi sahillərinə çatmağa çalışanların əksəriyyətini Nigeriya vətəndaşları təşkil edir.

Niger və Avropa İttifaqı 2015-ci ildə miqrasiya sazişi imzalayıb və bu, Afrika ölkəsi vasitəsilə miqrant axınını dəfələrlə məhdudlaşdırıb.

Lakin ötən ilin payızında Nigerdə ​​baş verən hərbi çevriliş və hakimiyyətin hərbçilər tərəfindən ələ keçirilməsi səbəbindən Avropa İttifaqının sanksiyalar tətbiq etməsindən sonra Niger sazişdən imtina edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun