Fransanın hərbi müəssisələrinə kiberhücumlar edilib

18 Fevral 2024 20:36

Fransanın Silahlı Qüvvələr naziri Sebastyan Lekornu ölkənin hərbi-sənaye kompleksinin müəssisələrinə haker hücumlarının artdığını açıqlayıb və bu hücumlarda Rusiyanın əli olduğunu irəli sürüb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, o, bu barədə "Le Journal du Dimanche" qəzetinə müsahibəsində bildirib.

"Biz getdikcə tez-tez və aqressivləşən Rusiya mənşəli kiberhücumlarla qarşılaşırıq. Bu hücumlar bizim infrastrukturumuza qarşı yönəlib", - deyə o bildirib

Nazirin sözlərinə görə, bir neçə ay əvvəl hakerlərin ölkənin iri müdafiə müəssisəsinə hücumunun qarşısı alınıb:

"Hakerlər Fransa və onun müttəfiqləri üçün hərbi istehsalı pozmağa cəhd ediblər".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun