Şoyqu Putinə Avdeyevkanın tam nəzarətə götürülməsi haqda məruzə edib

18 Fevral 2024 18:42

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Kreml sarayında Prezident Vladimir Putinə​ Donetsk vilayətinin Avdeyevka şəhərinin Rusiya ordusunun nəzarətinə keçdiyini məruzə edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Şoyqunun açıqlamasına görə, Ukrayna Silahlı Qüvvələrinin Avdeyevka uğrunda gedən döyüşlərdə son 24 saat ərzində itkiləri 1500-dən çox hərbçi olub.

O, "Mərkəz" hərbi qruplaşmasının bölmələrinin Donetsk vilayətindəki digər yaşayış məntəqələrini ələ keçirmək üçün hücumlarını davam etdirdiyi bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun