Məşhur astroloqun meyiti tapıldı

18 Fevral 2024 13:56

Moskva otellərindən birində məşhur astroloq Aleksandr Kolesnikovun meyiti tapılıb. 

Milli.Az Lent.az-a istinadən bildirir ki, meyiti "Kiyevskaya" otelinin otağında tapılan 62 yaşlı astroloqun ölüm səbəbi hələ ki, məlum deyil.

Aleksandr Kolesnikov ezoterizmlə bağlı bir sıra məqalələrin, proqramların və kitabların müəllifidir, təxminən 30 ildir astrologiyanı öyrənir və öyrədirdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun