Paşinyan Münhendə qapalı görüşdə iştirak etdi

18 Fevral 2024 14:11

Ermənistan Baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Avropa qitəsində boz zonalar" mövzusunda dəyirmi masada iştirak edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib.

"Görüş qapalı keçirilib. Paşinyan görüşdə çıxış edib", - məlumatda qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun