Xəzər dənizində sutka ərzində üçüncü dəfə zəlzələ oldu - YENİLƏNİB

18 Fevral 2024 18:59

18:59

Xəzər dənizində sutka ərzində üçüncü dəfə zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət MərkəzindənMilli.Az-a verilən xəbərə görə, yerli vaxtla saat 18:49-da Xəzər dənizində 3.3 maqnitudalı zəlzələ olub.

17:04

Xəzər dənizində daha bir zəlzələ baş verib.

Milli.Az-ın məlumatına görə, bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzi xəbər verib.

Məlumata əsasən, zəlzələnin maqnitudası 3,2 təşkil edib.

--------

13:06


Xəzər dənizində zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Milli.Az-a verilən xəbərə görə, yerli vaxtla saat 12.30-da Xəzər dənizində 3,4 maqnitudalı zəlzələ olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun