X İranın məhkəmə sisteminin saytına qadağa qoydu

18 Fevral 2024 12:22

X sosial media platforması İran məhkəmə sisteminin media orqanı olan "Mizan" saytına daimi qadağa tətbiq edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Mizan" saytı məlumat yayıb.

Məlumatda bildirilib ki, saytın hesabı davamlı olaraq nifrət mahiyyətli materiallar yaydığı üçün bloklanıb.

Bununla yanaşı, "Mizan" X sosial şəbəkəsində yeni hesab aça bilməyəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl X İran hökumətinə bağlı bir neçə xəbər agentliyi, televizya kanalının təsdiq nişanını silib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun