Ukrayna bu şəhəri ABŞ-a görə itirdi: Baydendən çağırış

18 Fevral 2024 11:54

ABŞ Prezidenti Co Bayden Ukrayna qoşunlarının Avdeyevkadan çəkilməsindən sonra konqresmenləri Ukraynaya əlavə hərbi yardım haqqında qanun layihəsini dərhal nəzərdən keçirməyə və qəbul etməyə çağırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ağ Evdən bildirilib.

"Ukrayna hərbçiləri Konqresin hərəkətsizliyi nəticəsində təchizatın azalması səbəbindən döyüş sursatından istifadəni azaltmaq məcburiyyətində qaldıqdan sonra Avdeyevkadan geri çəkilməyə məcbur olub".

Bayden jurnalislərə açıqlamasında bildirib ki, onun administrasiyası Konqresə Kiyev üçün əlavə maliyyə ayrılmasını təsdiqləməyə nail ola biləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun