Türkiyədə ağır qəza - 15 nəfər yaralandı

18 Fevral 2024 11:25

Türkiyədə ağır yol qəzası baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Adananın Yüreğir rayonunda qeydə alınıb. Belə ki, təsərrüfatı işçilərini daşıyan avtobusun səkiyə çırpılaraq aşması nəticəsində 15 nəfər yaralanıb.

Hadisə yerinə polis, təcili yardım və xilasedicilər cəlb edilib.

Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara çatdırılıb. Onların həyati üçün təhlükənin olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun