Bizim hərbi təzyiqimiz işləyir - Netanyahu

18 Fevral 2024 06:50

İsrail Qəzza zolağında bütün təyin edilmiş müharibə məqsədlərinə çatana qədər hərbi əməliyyatları davam etdirəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

"Bizim hərbi təzyiqimiz işləyir, Qəzza zolağında ağlasığmaz ərazilərə çatmışıq. İsrail tam qələbə çalana qədər mübarizə aparacaq, buraya Rəfahdakı hərəkətlər də daxildir", - nazir bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun