Türk ordusu daha bir şəhid verdi

17 Fevral 2024 21:51

İraqın şimalındakı "Pəncə-Qaplan" əməliyyat bölgəsində Türkiyə ordusu şəhid verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat verib.

Bildirilib ki, terrorçularla silahlı atışma zamanı Türkiyənin bir hərbçisi şəhid olub, digəri isə yaralanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun