Mitxun Çakraborti öldü?

17 Fevral 2024 15:24

"Disko rəqqası" filmi ilə məşhurlaşan Hindistanın tanınmış aktyoru Mitxun Çakrabortinin ölümü ilə bağlı yayılan xəbərlər təsdiqlənməyib.

Milli.Az kult.az-a istinadən bildirir ki, Rusiya mediasına istinadla xəbər verir ki, 73 yaşlı aktyor haqda ölüm xəbəri 15 fevralda sosial şəbəkələrdə yayılıb.

Onun ölüm xəbərinin yayılması isə xəstəliyi ilə bağlıdır. Belə ki, 10 fevral 2024-cü ildə o, insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 12 fevralda isə evə buraxılıb.

Hazırda onun səhhəti ilə bağlı rəsmi açıqlama verilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun