30 ildən sonra Ağalıda ilk toy keçirilir - FOTO

17 Fevral 2024 12:35

Zəngilanın Ağalı kəndində 30 ildən sonra yenidən toy məclisi keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, artıq toy üçün görülən hazırlıqlar yekunlaşıb və toy məclisi başlayıb.

Bəyin atası, Ağalı sakini Baloğlan Mirzəyev Trend-ə açıqlamasında bildirib ki, bu günləri çoxdan arzulayıblar.

"Bu kənddə toy olması bizim arzularımızın reallaşmasıdır. Sevincimizin həddi-hüdudu yoxdur. Qarabağ torpağına toy, şadlıq yaraşır. Bizim ən böyük arzumuz idi ki, öz torpağımızda yaşayaq", - bəy atası əlavə edib.

Qeyd edək ki, Ağalı kəndində hazırda 871 sakin yaşayır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun